"Beşiktaş"ın heyətinə qatmaq istədiyi braziliyalı ulduz Ronaldinyonun meneceri türk klubundan təklif almadıqlarını bildirib.
İdman24.az xəbər verir ki, "Beşiktaş" rəsmisi ulduz üçün təklif göndərdiklərini qeyd etmişdi. Ancaq Braziliya tərəfi bunu inkar edib. Ronaldinyonun qardaşı və meneceri olan Roberto Assis bunların yalnız dedi-qodu olduğunu söyləyib.
34 yaşlı futbolçunun "Atletiko Mineiro" ilə müqaviləsi bu ilin sonunda bitəcək
İdman24.az