"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində bu gün yerli "Keçiörengücü”nə qarşı keçirdikləri yoxlama görüşünün şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
"İyulun ikisində başladığımız Türkiyə toplanışında bu gün ilk yoxlama oyunumuzu keçirdik. Ümumilikdə götürsək, iki fərqli hissə izlədik. 90 dəqiqədə bütün futbolçuların hazırlıq səviyyələrini görmək istəyirdim. Uşaqlar yorğun olsalar da, meydançanın hər qarışı uğrunda yaxşı mübarizə getdi. Səhvlərimiz var, çalışacağıq ki, növbəti oyunlarda həmin səhvləri aradan qaldıraq və Suqamyıta tam hazır vəziyyətdə qayıdaq”.