17:30 06.07.2021 1302

\"İdmanda 30 yaş kompleksi yalnız azərbaycanlılar üçün keçərlidir\" - Olimpiyaçımızla müsahibə

Azərbaycanı Tokio-2020-də təmsil edəcək iki yunan-Roma güləşçisindən biri olan Rafiq Hüseynov Fanat.az-ın suallarını cavablandırıb. Oyunlarda 77 kiloqram çəki dərəcəsində mübarizə aparacaq təcrübəli "klassik"imiz ilk dəfə qatılacağı mötəbər yarışa hazırlığı və rəqibləri barədə fikirlərini bölüşüb.

- Hazırlığımız Göygöl Olimpiya-İdman Kompleksində davam edir. Burada mənə yığmanın üzvləri Sənan Suleymanov, Ülvi Qənizadə, Xasay Həsənli, həmçinin digər ölkələrdən olan dostlarımız Emrah Kuş, Timur Berdiyev, Davitaya Saşino, Aleksey Mişin kömək edirlər. Məşqlərimiz hazırda yüksək intensivliklə davam edir. Fiziki məşqlərimizə federasiya tərəfindən məşhur amerikalı mütəxəssis Mark Filippi də cəlb olunub.

- Oyunlar öncəsi son yarış olan "Poland Open"-də üçüncü nəticə göstərdiniz. Turnirdəki çıxışınızdan razı qaldınız?

- Orada yuxarı çəki dərəcəsində güləşirdim. Əsas məqsəd medal qazanmaq olmasa da, deyim ki, nəticəmdən razıyam. "Poland Open" Olimpiada öncəsi zəif nöqtələrimizin ortaya çıxması baxımından vacib idi. Görüşlər vaxtı bəzi boşluqlar məlum oldu. Hazırda onlar üzərində iş gedir.

- Dünya Təsnifat yarışınadək xeyli çəki salmışdınız. Hazırda çəkinizi qoruyub saxlamaqda çətinlik çəkirsiniz?

- İndi çəki ilə bağlı narahatlığım yoxdur. Fevraldan indiyədək bu baxımdan sıxıntı yaşamıram. O vaxtdan çəkim ortalama 79-80 kiloqramdır. Hətta məşqlərə bəzən 78 kilo ilə çıxıram. Şəkər məhsulları istisna olmaqla, qidalanmada məhdudiyyət zərurəti də hiss etmirəm. 

- 77 kiloqram çəki dərəcəsi yunan-Romada ən rəqabətli çəki dərəcəsidir. Titullu "klassik"lər Olimpiadada mübarizə aparacaq. Daha çox hansı rəqiblər üzərində hazırlaşırsınız?

- Olimpiya Oyunlarında onsuz da zəif, təsadüfi idmançı olmur. 15 idmançının hər birini yaxşı tanıyıram. Üzərlərində xeyli müşahidələr aparmışam. Deyə bilərəm ki, hər birinin zəif və güclü cəhətlərinə bələdəm.

- 33 yaşda Olimpiya xalçasında olmağınız elə təəsssürat yaradır ki, bunun özü belə, böyük uğurdur. Ancaq əsas yarışların 77 kq üzrə son nəticələrinə baxdıqda görürük ki, bu, "qoca"ların çəkisidir. Məsələn, son iki dünya çempionatının qalibləri, Olimpiadada rəqibləriniz olacaq Rusiya və Macarıstan güləşçiləri sizdən daha yaşlı, təcrübəlidirlər...

- Mən elə fikirləşirəm ki, 30 yaş kompleksi yalnız biz azərbaycanlılar üçün keçərlidir. Bizdə az idmançı 30 yaşdan sonra karyerasını davam etdirmək niyyətində olur. Ancaq dünyada kifayət qədər güləşçi var ki, 30-u keçsə də, mükəmməl nəticələr göstərirlər. Olimpiya, dünya, Avropa çempionu olurlar. İdmançı istəyirsə və sağlamlığı imkan verirsə, yaş həddi deyilən bir şey yoxdur.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Aprel 2025
23:11

"Finala yüksələcəyimizə inamım var" - Samir Abasov

22:47

Berezutski "Neftçi" üzərində qələbədən nə danışdı?

22:28

Qvardiola "Mançester Siti"ni bu kluba dəyişir - İDDİA

21:32

Azərbaycan Kuboku: "Qarabağ" "Araz-Naxçıvan"a, "Neftçi" "Sabah"a uduzdu

21:13

İsveçli futbolçunu öldürməyə çalışdılar

20:54

"Deyirlər ki, penalti kosmosdan görünməlidir" - Qurban Qurbanov

20:22

Fırıldaqçılığa görə 30 ay cəza alan funksioner yenidən İtaliyada çalışacaq

20:08

"Düşünürəm ki, bu, bir təsadüfdür" - Elmar Baxşıyev

19:49

İtaliya nəhəngi "Olimpik Marsel"in braziliyalı vingerini istəyir

19:14

"Meydanda tamam başqa komanda görəcəyik" - Şəhriyar Əsgərov

18:50

Alberto Blanko "Quba" üzərində qələbəni dəyərləndirdi

18:22

İkinci Liqa: 19-cu tura yekun vuruldu

17:48

Qardaşı müharibədə ölən futbolçu milliyə gec qoşulacaq

17:29

ABL: "Ordu" Qubada qələbə qazandı

17:10

İkinci Liqa klubu tanınmış mütəxəssisi baş məşqçi postuna gətirdi - RƏSMİ

16:51

Vinisius yalnız Messi və Jordi Albadan geri qalır

16:33

AÇ: Azərbaycan millisinin oyunlarının təqvimi bilindi

16:15

Beynəlxalq Avarçəkmə Federasiyası Fisroy çayını yararsız hesab etdi

15:54

Kriştianu Ronaldu Milan "İnter"ində?

15:36

Xabi Alonso 3-cü liqa klubuna məğlubiyyəti belə şərh etdi

15:18

"Çelsi" tarixinin ən bahalı futbolçusu İspaniya yolunda

15:00

Braziliyalı istedad "Real"dan ayrılır? - Özü açıqladı

14:43

"Bunun dələduzluq ola biləcəyini düşünmürdüm" - Ançelotti məhkəmədə ifadə verdi

14:25

Almaniyada bu tarixdə əlavə "transfer pəncərəsi" açılacaq

14:06

"Tottenhem"də yeni müqavilə

13:48

AFFA rəsmisinə UEFA-dan yeni təyinat gəldi

13:30

Eze İngiltərə nəhənginə keçməyə yaxındır

13:12

"Finala yüksələcəyimizə bir saniyə belə şübhə etmədim" - Karlo Ançelotti

12:53

"Qol vurmağa ustalıq səviyyəmiz çatmadı" - MY-nin baş məşqçisi

12:35

Messinin klubu son bir ildə üçüncü idman direktoru ilə anlaşdı

12:16

İkinci Liqa: 19-cu tura yekun vurulur

11:58

Rusiya yığması Cənubi Amerikaya gedir - 2 oyun keçirəcək

11:40

ETOPAZ-da rekord qazanc: Bir kuponda 167 min manat uduş!

11:22

"Qarabağ" rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna üzv seçildi

11:03

İran klubu qalmaqallı hücumçunu transfer etdi - RƏSMİ

10:44

"Liverpul"da ayın oyunçusu seçildi - Bu, Salah deyil

10:25

"Arsenal"ın əsas oyunçusu sıradan çıxdı - "Real"la ÇL matçında olmayacaq?

10:06

ABL: "Quba" "Ordu" ilə üz-üzə

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Müller "Bayern Münhen"in qərarından şoka düşüb

Facebookdan bizi izləməyi unutmayın.
X