Paralimpiyaçıların Tokio 2020-yə qazandıqları lisenziyaların sayı 34-ə çatıb.
Fanat.Az xəbər verir ki, para-atletika üzrə milli komandanın üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio Paralimpiadasına lisenziya əldə ediblər.
Beləliklə, paralimpiyaçılarımızın Tokio-2020-yə qazandıqları lisenziyaların sayı 34-ə çatıb.
Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü taekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı növündədir.
Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunları bu il avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Sahib Əsədbəyli