"Zirə” klubu futbolçusu Dimitrios Çantakiasla yeni müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçi ilə sözləşmə müddəti daha 2 il uzadılıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu "Zirə"də 2020-ci ilin yayından forma geyinir.