Mahir Emreli dubl etdi, "Legiya" ÇL-də sevindi - VİDEO
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən "Bude Qlimt”lə (Norveç) səfər oyununda 41-ci və 61-ci dəqiqələrdə fərqlənərək dublunu rəsmiləşdirib.
Azərbaycanlı hücumçunun 79 dəqiqə forma geyindiyi matç "Legiya”nın 3:2 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, Mahir Emreli "Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.