"Legiya"nın baş məşqçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasından sonra mətbuat önünə çıxıb. Matçdan sonra keçirilən mətbuat konfransında Çeslav Mixneviç Mahir Emreli və Kasper Skibiçkinin oyunlarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Legioniski.com" saytı məşqçinin Emrəli haqda söylədiklərini belə çatdırıb:
"Emreli bu oyun iki qolla Skibiçki isə iki məhsuldar ötürmə ilə yadda qaldı. Mahir hücumçu olaraq ona verilən tapşırığı yüksək səviyyədə yerinə yetirdi. İkinci qol isə ondan gözlədiyimiz ustalığın keyfiyyəti idi. Mən həmişə hücumçunun müdafiəçilərlə mübarizəsi üzərində işləməsini tələb edirəm. Bu gün bu keyfiyyətlər bizə olduqca lazım idi. Bir neçə epizodda Mahir olmalı olduğu mövqedə deyildi. Bu barədə onunla mütləq danışacağıq və bu çatışmayan cəhətini aradan qaldırılması istiqamətində çalışacağıq. Debüt matçında olduqca ümidverici təsir bağışladı. Futbolçu qol vurduğu zaman ətrafda hamı ona böyük ümidlər bəsləyir. Bu, futbolçu üçün olduqca vacib amildir."
Emin Şəmsiyev