"Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacağam".
Fanat.Az xəbər verir ki, bunu "Sabah" klubunun yeni transferi Xuan Kamara klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini bildirib: "Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.
Qeyd edək ki, ispaniyalı vinger Polşanın "Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.