UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 14-ü Bakı vaxtı ilə saat 21:00-da "Neftçi" - "Dinamo" matçı baş tutacaq.
Fanat.az xəbər verir ki, cavab qarşılaşması ərəfəsində baş tutacaq açıq məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.
İyulun 13-ü 19:30-da "Bakcell Arena”da Kaxaber Tsxadadzenin mətbuat konfransı, 20:00-da isə "Dinamo”nun açıq məşqi olacaq ki, media nümayəndələri ilk 15 dəqiqəni izləyə biləcək.
Gürcülərin ardından "Bakcell Arena”da "Neftçi”nin tədbirləri baş tutacaq. Saat 20:30-da "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Baş məşqçi ilə yanaşı, kapitan Emin Mahmudov da media nümayəndələrinin suallarını cavablandıracaq. Mətbuat konfransdan sonra, konkret, saat 21:00-da bakılıların media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.