Gürcüstanda təlim-məşq toplanışında olan futzal üzrə U-19 millimiz yoxlama oyunu keçirib.
Fanat.az xəbər verir ki, Gürcüstanın yüksək liqa təmsilçisi "Universitas” klubu ilə gücünü sınayan Ağatahir Əzimovun komandası məğlub olub – 2:4.
Əzimov yenilgiyə baxmayaraq, yetirmələrindən razı qalıb: "Yaxşı oynadıq. İlk yarını 3:2 öndə bitirmişdik. Fasilədən dərhal sonra buraxdığımız qoldan sonra uşaqlar toparlana bilmədi. Rəqib hesabda önə keçəndən sonra hücuma atılsaq da, məğlubiyyətdən qaça bilmədik, üstəlik son saniyələrdə 4-cü topu qapımızda gördük. Rəqib komanda ilə yaş və təcrübə fərqini, heyətdəki itkiləri nəzərə alsaq, yetirmələrimdən razı qaldım.
İki gün sonra daha bir oyun nəzərdə tutulub. Yenə Gürcüstanın elita komandası ilə görüşməliyik. Ancaq hələlik rəqibin kimliyinə aydınlıq gəlməyib”.
Mirağa