17:00 13.07.2021 2126

Mövsümzadə AVRO-2020-ni təhlil etdi

"Qızıl top" mükafatının azərbaycanlı jürisi Rasim Mövsümzadə başa çatan AVRO-2020-ni Fanat.Az-a dəyərləndirib.
 
Tanınmış idman jurnalisti Avropa çempionatını belə təhlil etdi: 

"2018-ci ildə mundialdan kənar qalmış komandanın növbəti Avropa çempionatının qalibi olacağı kimin ağlına gələ bilərdi? İtaliya millisinin həmin ilin oktyabrında başlayan 34 oyunluq məğlubiyyətsiz seriyası qitə çempionluğu ilə zirvəyə çatdı. Bizim Anatoli Banişevskinin də çıxış etdiyi AVRO-1968-də ilk dəfə Avropanın ən güclüsü olan italyanlar yalnız 53 il sonra həmin uğuru təkrarlaya bildilər.

İtalyanlara məxsus ənənəvi müdafiə futbolundan uzaq, hücumameylli və döyüşkən komanda formalaşdıran Roberto Mançini bu uğurun əsas memarıdır. O, İtaliyadan kənarda ilk böyük titulunu - 2012-ci ildə "Mançester Siti” ilə İngiltərə çempionluğunu qazananda məşqçi kimi özünü sübut etmişdi. Düzdür, sonra bir mövsüm çalışdığı Türkiyə və Rusiyada ümidləri doğrultmasa da - "Qalatasaray”la 2013/14 mövsümündə milli çempionatda 2-ci, "Zenit”lə isə 2017/18 mövsümündə 5-ci olmuşdu – indi 56 yaşında "Skuadra Adzurra” ilə karyerasının zirvəsini yaşayır.

İtaliyanın çempion olduğu DÇ-2006-da turnirin "Gümüş top” mükafatını müdafiəçi Fabio Kannavaro qazanmışdısa (o vaxt "Qızıl top” fransalı Zinədin Zidana qismət olmuşdu), indi də qapıçı Canluici Donnarumma AVRO-2020-nin ən yaxşı futbolçusu seçildi. Yəni hücum futbolundan danışsaq da, yenə İtaliyada arxa xətt oyunçuları diqqət çəkir. 

Ümumiyyətlə, indiki heyətdə Paolo Maldini və Roberto Bacco səviyyəsində ulduzlar olmasa da, müdafiədə kapitan Corcio Kyellini və Leonardo Bonuççi, həmçinin ulduzu parlayan Leonardo Spinazzola, yarımmüdafiədə orta xəttin dirəyi olan Jorginho və Marko Verratti, hücumda isə texnikalı oyunları ilə diqqət çəkən Lorenso İnsinye və Federiko Kyezanın adlarını xüsusilə vurğulamaq lazımdır.

İtaliyanın bu məğlubedilməzliyi nə vaxta kimi davam edəcək? Tarixə nəzər salsaq, yalnız Qərbi Almaniya (1974) və İspaniya komandaları (2010) Avropanın ən güclüsü olduqdan sonra dünya çempionluğunu da qazanıblar. İtaliyanın bu nailiyyəti təkrarlaya biləcəyi Qətər-2022-də bəlli olacaq ki, mundialın da startına nə az, nə çox, cəmi 496 gün qalıb.

Çempion barədə danışdıq, ümumilikdə AVRO-2020-yə gəlincə, 51 oyunda 142 qolun vurulduğu yarış 2,78-ə bərabər orta məhsuldarlıqla diqqət çəkir. Bu, dörddən çox komandanın mübarizə aparmağa başladığı AVRO-1980-dən indiyədək ən məhsuldar Avropa çempionatıdır. Dünya çempionatlarına da baxsaq, bundan yaxşı məhsuldarlıq sonuncu dəfə 1982 mundialında (2,81 qol) qeydə alınıb. Bir sözlə, maraqlı bir Avropa çempionatı izlədiyimizi futbolun bəzəyi olan qolla bağlı rəqəmlərlə sübut edə bilərik.

Növbəti Avropa çempionatı isə 2024-cü ildə Almaniyada təşkil ediləcək, ondan sonrakı AVRO-2028-i keçirməyə də Türkiyə iddialıdır.  
Bəs qarşıda bizi hansı yeniliklər gözləyir? Avropa çempionatında iştirakçı komandaların sayının 24-dən 32-yə kimi artırılması da gündəmə gəlib və UEFA-nın artıq bu məsələni nəzərdən keçirdiyi bildirilir. Bu yenilik böyük turnirlər görməyən Azərbaycan kimi komandaların da Avropa çempionatına vəsiqə qazanmasına şans yaradacaq. Xeyirlisi deyək..."
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2025
18:41

Dovbikin agenti müştərisinin satılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

18:10

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü

17:48

Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

17:19

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO

16:53

Hələ tarixdə "Bayern" kimisi olmamışdı

15:44

"Bayern"in yeni transferi 10:0-ı şərh etdi

15:38

Elçin Məsiyev Portuqaliyanın oyununa təyinat aldı

15:03

Osimhen üçün "qızıl müqavilə" - Ərəblərdən fantastik təklif

14:40

"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO

14:19

ÇL: "Qarabağ"ın ilk rəqibinin açıqlanacağı tarix bəlli oldu

13:56

"Bayern"in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim" - Vensan Kompani

13:38

Ukraynalı müdafiəçi PSJ ilə razılığa gəldi - SON DURUM

13:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

12:51

PSJ "Barselona"nı qabaqladı - Avropanın ən yaxşısıdır

12:25

Azərbaycan millisi 4 ən güclü arasına düşsə də...

11:58

İngiltərə nəhəngi Macarıstan millisinin üzvü ilə anlaşdı - SON DURUM

11:37

Klublararası dünya çempionatı: "Çelsi" meydan sahibləri ilə qarşılaşır

11:16

Gəncənin MDB İdman Paytaxtı seçilməsi ilə əlaqədar tədbir keçirildi

10:55

Simeone hakimlərdən şikayətləndi - "Bunu qəbul etmək çətindir"

10:34

Duşan Vlahoviç Fransa nəhənginə keçməyə yaxındır

10:12

Luis Enrike "Atletiko Madrid" üzərində darmadağını şərh etdi

09:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:25

Dünya çempionatı: Bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayacaq

09:00

"Portu" klublararası dünya çempionatına xal itkisi ilə başladı

01:04

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"i böyük hesabla yendi

15 İyun 2025
23:45

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

Facebookdan bizi izləməyi unutmayın.
X