Ruslan Zubkovu heyətinə qatan "Araz" daha üç oyunçu ilə güclənib. Fanat.az xəbər verir ki, Naxçıvan klubu İrfan Hüseynov, Tərlan Xəlilov və Əziz Quliyevlə müqavilə bağlayıb.
İrfan Hüseynov Bolqarıstanın "Spartak" (Varna) klubunda çıxış edib. Tərlan Xəlilovun son iş yeri "Şuşa" olub. Əziz Quliyev isə yayda "Rəvan"a icarəyə verilsə də, bir müddət sonra "Bakı"ya dönüb.
Fanat.az