21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, U-21 sentyabrın 2-də, saat 21:00-da Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid İm İnnkreys şəhərindəki "Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.
Avstriya ilə oyunun başlama saatı hələlik açıqlanmayıb.