"Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında 2:1 hesabıyla yendiyi Tiflis "Dinamo"sunu Bakıda da eyni hesabla məğlub edərək 2-ci mərhələyə yüksəldi və "Olimpiakos"a rəqib oldu.
Fanat.Az görüşün oyundankənar məqamlarını təqdim edir:
* Oyunu izləyənlər arasında Vətən müharibəsində həlak olan şəhidlərimizin övladları da var idi. Bunu elan edən stadionun diktoru general Polad Həşimovum anım günü olduğunu xatırlatdı, "Neftçi" azarkeşi mayor Rüfət Əsgərovun adını çəkdi, görüntüsü böyük ekranda göstərildi, şəhid Xudayarın "Dastana döndü" təsnifi səsləndirildi. Bundan sonra bütün stadiondakılar şəhidlərimizi ayaqüstə alqışladı. "Forza Neftçi" fanklubunun üzvləri "Şəhidlər ölməz, vətən bölünməz"," Ölümsüz general, Polad Həşimov" şüarı sürəkli səsləndirildi.
* "Neftçi"nin "Dinamo" ilə oyun üçün tərtib etdiyi proqram nəfis hazırlanıb. 12 səhiflək proqramda oyunla bağlı demək olar, bütün məlumatlar əks olunub. Məlumatlar həm Azərbaycan, həm rus dilində yazılıb.
* Maraqlıdır, "Neftçi" satışa bilet çıxararkən təhlükəsizlik işçiləri, polis qüvvəsi, könüllülər, topdaşıyanlar və digər texniki işçilərinin sayını da "50 faizlik limit"ə daxil etmişdimi? Hər halda, təkcə tribunaların aşağı cərgəsini dövrələmə zəbt edən mühafizə işçilərinin sayı 300-dən çox idi. Ümumiyyətlə, qeyri-azarkeşlərin sayı 1000 nəfərdən çox olardı. Ümumiyyətlə isə stadionun hardasa, üçdəiki hissəsi dolmuşdu.
* İsinmə hərəkətləri üçün əvvəlcə hər iki komandanın qapıçıları meydana çıxdı. Elə bu vaxt yağış yağmağa başladı. Məşqçilər hətta bir-iki dəqiqə gözləməyi lazım bildi. Ancaq tədricən yağış azaldı, çalışmalar qaldığı yerdən davam etdi.
Mirağa