Bu gün millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Varşava "Legiya"sı UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Polşa təmsilçisi səfərdə 3:2 hesabıyla yendiyi Norveç "Budyo Qlimt"ini qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu rəqibə səfər matçında 2 qol vuran Emreli start "11-lik"də yer alıb. 84-cü dəqiqədə əvəzlənən Mahir birinci qolun ötürməsini verib.
Qeyd edək ki, "Legiya" növbəti mərhələdə Estoniya təmsilçisi "Flora" ilə üz-üzə gələcək.
Nihat