UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos" və "Neftçi" arasında keçiriləcək oyunlara üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də Yunanıstanda keçiriləcək ilk qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Silva Pineyru Joau Pedru baş hakim, Pereyra Kosta Tiaqu Joze və Ferreyra Ribeyru Pedru Rikardu yan xətt hakimləri, Fernandeş Korreyra Qustavo isə dördüncü hakim qismində yardımçı olacaq.
Bu komandalar arasında iyulun 28-də "Bakcell Arena”da keçiriləcək cavab oyununu isə İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burqos olacaq. Ona yan xətt hakimləri Roberto del Palomar və Yon Nunyes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero yerinə yetirəcək.
Qeyd edək ki, "Olimpiakos” - "Neftçi” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bakıdakı görüş isə 21:00-da keçiriləcək.