İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor xəstəxanadan evə buraxılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı TMZ yayıb.
Mənbə Dastin Puarye ilə döyüşün birinci raundunda ayağı sınan və dərhal əməliyyat edilən irland idmançının vəziyyətinin normal olduğunu açıqlayıb.
Qeyd edək ki, bu, Konorla Dastin arasında baş tutan üçüncü döyüş idi. 2014-cü ilin sentyabrında Makqreqor Fransa əsilli ABŞ idmançısını birinci raundda nokauta salmışdısa, bu ilin yanvarında Puarye irlandiyalını görüşün ikinci raundunda nokautla yenmişdi.
Nihat