Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "kimyaçılar" Rumıniya təmsilçisi "Petrolul”la üz-üzə gəlib.
Ayxan Abbasovun 0:2 hesabı ilə uduzub.
Bu oyunla "Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.
Xatırladaq ki, "Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası "Keçiörengücü” ilə "Qaziantep”ə 1:2, "Sivasspor”a isə 0:2 hesabıyla yenilmişdi.