Bu gün Cavid Tağıyevi heyətinə qatan "Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Elşən Abdullayevlə anlaşıb.
Bu barədə "dənizçilər”in rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 formatında müqavilə imzalanıb. O, yeni komandasının heyətində "8” nömrəli formanı geyinəcək.
Abdullayevin son klubu "Sabah” olub. O, əvvəllər "Neftçi”, "Sumqayıt”, "Qarabağ” və "Zirə”də də forma geyinib.