Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edən "Olimpiakos” cəzalı futbolçunu sifariş edib.
Fanat.Az-ın məlumatına görə, braziliyalı hücumçu Tiqinyo cəzalıdır və "Neftçi”yə qarşı oynaya bilməz. Tiqinyo "Portu”da çıxış edərkən cəzalı duruma düşüb. O, 2020-ci ilin 27 fevralında Avropa Liqası çərçivəsində Leverkusen "Bayer”i ilə görüşdə birbaşa qırmızı alıb. UEFA braziliyalını 3 oyunluq diskvalifikasiya edib. Beləliklə, Tiqinyo "Portu”dakı cəzasını "Olimpiakos”a daşıyıb. Üstəlik, onun zədəsi də var. Sadəcə, baş məşqçi Pedro Martins zədəli olmasına rəğmən, keçən il "Portu”da aldığı cəzanın bir hissəsini "silmək" üçün sifariş edib.
Qeyd edək ki, Yunanıstan çempionu "Neftçi” ilə ilk matçın başlamasından bir gün öncəyə qədər iştirak ərizəsində iki dəyişiklik edə bilər.
Mirağa