"Səbail" hazırlıq planı çərçivəsində bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ-2" ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş 18:30-da start götürəcək.
Qeyd edək ki, 1 iyuldan hazırlıqlara start verən "Səbail" toplanışın birinci mərhələsini Bakıda keçirəcək. Bu müddət ərzində komanda 3 sınaq oyununa çıxmağı planlaşdırır.