"Ağsu”nun sabiq baş məşqçisi Rüfət Quliyev bundan sonra "Səbail”in akademiyasında çalışacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin keçmiş futbolçusu klubun U-17 komandasını çalışdıracaq.
Qeyd edək ki, Rüfət Quliyev "Ağsu”nun baş məşqçisi olduğu dönəmdə bölgə təmsilçisi çempionluğu bayram etməklə yanaşı, bir dəfə gümüş, iki dəfə gümüş medalların sahibi olub.
Mirağa