Millimizin sabiq müdafiəçisi Rasim Ramaldanov məşqçiliyə başlayıb. Ötən mövsüm futbolçu kimi "Qəbələ”nin heyətində olan Rasim Ramaldanov "qırmızı-qaralar”a məşqçi təyin edilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
2016/17 mövsümündə "Qəbələ”də debüt edən müdafiəçi "qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.
Xatırladaq ki, Ramaldanov "Qəbələ”yə qədər "Simurq”, "Sumqayıt”, "Xəzər Lənkəran”, Gürcüstanda "Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.