19:16 17.07.2021 765

Dünya Kuboku: Şəhriyar Mxitaryanı, Nicat Sarkisyanı məğlub etdi - YENİLƏNİB

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

Fanat.Az xəbər verir ki, bu gün ikinci mərhələ çərçivəsində tay-brek görüşləri keçirilib.

Klassik partiyaları heç-heçə başa vuran hər üç kişi şahmatçımız - Şəhriyar Məmmədyarov, Nicat Abbasov və Vasif Durarbəyli, qadınların turnirində isə Gülnar Məmmədova sürətli şahmatda rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. 

Məmmədyarov, Durarbəyli və Məmmədova hər iki görüşdə rəqiblərinin müqavimətini qırıbsa, ilk qarşılaşmada qara fiqurlarla heç-heçə oynayan Abbasov, ağlarla ermənistanlı Şant Sarkisyanı yenib. 

Beləliklə, hər üç kişi şahmatçımız adını 1/32 finala yazdırıb. Şəhriyar bu mərhələdə Ermənistan təmsilçisi Hayk Martirosyanla, Vasif çexiyalı David Navara ilə, Nicat isə rusiyalı Andrey Yesipenko ilə üz-üzə gələcək.

Gülnar Məmmədova 1/16 finalda Elizabet Paetz(Almaniya) - Nurgül Səlimova(Bolqarıstan) cütünün qalibini gözləyir.

Ötən gün başa çatan klassik partiyalarda sloveniyalı Laura Unuku üstələyən Günay Məmmədzadə isə iranlı Sarasat Xadimalşarieh ilə münasibətlərinə aydınlıq gətirəcək.

Kişilər
1/64 final, tay-brek

Şəhriyar Məmmədyarov - Qriqor Mxitaryan (Braziliya) 2:0 (klassik partiyalar: 0,5:0,5, 0,5:0,5)
Nicat Abbasov - Şant Sarkisyan (Ermənistan) 1,5:0,5 (0,5:0,5, 0,5:0,5)
Vasif Durarbəyli - Aleksandr Predke (Rusiya) 2:0 (0,5:0,5, 0,5:0,5)

Qadınlar
1/32 final

Gülnar Məmmədova - Lela Cavaxişvili(Gürcüstan) 2:0 (0,5:0,5, 0,5:0,5)

Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın şahmatçılarımızdan Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıblar.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X