Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün üçüncü mərhələnin ilk görüşləri keçirilib.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Hayk Martirosyana uduzub. Nicat Abbasov "ağlar"la rusiyalı Andrey Yesipenko ilə, Vasif Durarbəyli "qaralar"la çexiyalı David Navara ilə heç-heçə edib.
Qadınların yarışına gəldikdə, ağ fiqurlarla oynayan hər iki şahmatçımızın qarşılaşmaları "sülh"lə yekunlaşıb.
Kişilər
1/32 final
Şəhriyar Məmmədyarov Hayk Martirosyan (Ermənistan) - 0:1
Vasif Durarbəyli - David Navara (Çexiya) 0,5:0,5
Nicat Abbasov - Andrey Yesipenko (Rusiya) 0,5:0,5
Qadınlar
1/16 final
Gülnar Məmmədova - Elizabet Paets (Almaniya) 0,5:0,5
Günay Məmmədzadə - Sarasadat Xademalşariye (İran) 0,5:0,5
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın şahmatçılarımızdan Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli