"Zirə"də koronavirus şoku yaşanır.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın əsas hissəsini Türkiyədə keçirməyi planlaşdıran "qartallar"ın toplanışı ləğv edilib. Buna məhz səfəröncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxması səbəb olub.
Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.