Çexiyanın Praqa şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanın gənclərdən ibarət milli komandası daha bir medal qazanıb.
Fanat.Az federasiyanın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qadınların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva gümüş medala sahib olub.
Beləliklə milli komandamız Praqa turnirini 3 gümüş və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, qitə kubokunun ilk günü Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş, Nərmin Əmirli isə bürünc medal qazanıb. Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirində aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışıb.