11:29 20.07.2021 696

Millimizin baş məşqçisi: \"Olimpiadanın startını səbirsizliklə gözləyirik\"

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına hazırlığı başa vurub. 

Fanat.Az xəbər verir ki, yığmamız təlim-məşq toplanışının son mərhələsini İtaliyanın Assizi şəhərindəki Boks Akademiyasında keçib.

Onadək ölkə təmsilçisinin qatıldığı məşqlərdə əsasən fiziki və taktiki hazırlığa diqqət yetirilib.

Milli komandamızın baş məşqçisi Umberto Orta Dominqes təlim-məşq toplanışından razı qalıb. O, Boks Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, boksçuların hər biri Tokio Yay Olimpiya Oyunlarına hazırdır: "Təlim-məşq toplanışını çox gözəl şəkildə başa vurduq. Məşq proseslərimiz çox yüksək səviyyədə keçdi. Boksçuların hazırlığından, xüsusilə də fiziki durumundan çox razıyam. Hər biri Olimpiadanın startını səbirsizliklə gözləyir. Çəkilərində də problem yoxdur”.

Təcrübəli kubalı mütəxəssis Tokio-2020-dən gözləntilərini də açıqlayıb. O, Olimpiadada iştirak edəcək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hər birindən uğur gözlədiyi deyib: "Bütün boksçulardan medal gözləyirəm. Tayfur da fəxri kürsüyə qalxa bilər. Cavid dünya çempionudur, burada da öz sözünü demək gücündədir. Alfonso dünya reytinqində ikincidir. Onun da medal şansı yüksəkdir. Sotomayorun da Oyunlarda medal qazandığını nəzərə alsaq, bu dəfə də ümidlərimiz böyükdür. Məhəmməd perspektivli idmançıdır və yarışda medal hədəfləyib. Bir sözlə, hər birinin mükafat qazanmaq şansı var. Amma hər bir yarışda idman şansının da vacib olduğunu yaddan çıxarmalı deyilik. Məqsədimiz Tokioda ən yaxşı şəkildə çıxış etməkdir”.

Qeyd edək ki, boksçularımız Tokioya İtaliyadan yollanacaqlar. Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər "Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
23:09

Avropa çempionatı: Azərbaycan güləşçiləri sonuncu gün bir dəst medal qazandılar

22:31

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

21:57

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:33

Berezutski "Sabah"la vidalaşdı

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X