Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II “İBA Cup” U-14 yeniyetmələr arasında beynəlxalq futbol turnirində "B" qrupunda mübarizə aparan İspaniyanın "Vilyareal" komandası İsveçin "Dyurgarden" komandası ilə qarşılaşıb. Bu oyunda da ispanlar rəqibə heç bir şans verməyiblər və qarşılaşma 3:0 hesabı ilə "Vilyareal"ın xeyrinə başa çatıb. 3 matçdan 9 xal toplayan ispanlar 3-cü turu lider kimi başa vurublar.
Turnir cədvəlini təqdim edirik:
№ | Komandalar | Oyun | Qələbə | Heç-heçə | Məğlubiyyət | Top fərqi | Xal |
1 | Vilyarreal | 3 | 3 | 0 | 0 | 10-2 | 9 |
2 | Partizan | 3 | 2 | 0 | 1 | 11-4 | 6 |
3 | Dinamo | 3 | 0 | 1 | 2 | 0-7 | 1 |
4 | Dyurgarden | 3 | 0 | 1 | 2 | 1-9 | 1 |