Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün dördüncü mərhələyə start verilib.
Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli də 1/16 final çərçivəsində ilk görüşünü keçirib. 29 yaşlı qrossmeysterimiz özbəkistanlı Nodirbek Abdusattorov ilə üz-üzə gəlib.
Qara fiqurlarla oynayan Durarbəyli 44-cü gedişdə rəqibini məğlub edib.
Cavab görüşləri sabah baş tutacaq.
Kişilər
1/16 final
Vasif Durarbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) 1:0
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə(1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli