Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirlib.
Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi görüş reallaşıb.
Azərbaycan çempionu "Neftçi” səfərdə Yunanıstanın "Olimpiakos” komandasına 0:1 hesabıyla uduzub. Millimizin hücumçusu Mahir Emrelinin komandası - "Legiya” Varşavada Estoniya "Flora”sı üzərində 2:1 hesablı qələbə qazanıb. "Qalatasaray” isə rəqib meydanında PSV-yə böyük hesabla yenilib.
Qeyd edək ki, 2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
21 iyul
Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) 2:1
Malmö (İsveç) – HİK (Finlandiya) 2:1
Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 0:0
Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:0
PSV (Niderland) – Qalatasaray (Türkiyə) 5:1
Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan) 1:0
Legiya (Polşa) – Flora (Estoniya) 2:1