Tanınmış futbol meneceri Səbuhi Səfiyarlı UEFA Konfrans Liqası çərçivəsində ötən gecə səfərdə çıxış edən "Neftçi” və "Sumqayıt”ın oyunlarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, menecer bu barədə şəxsi "Facebook" səhifəsində yazıb:
"Həm "Sumqayıt"ı, həm də "Neftçi”ni təbrik eləmək olar. Ayxan Abbasov konkret nəticə üçün getmişdi və sərf eləyən nəticə ilə döndü. Növbəti mərhələ şansı öz ayağı ilə Xəzərin sahillərinəcən gəlib.
"Neftçi" isə nəticə baxımından demək olar ki, minimal "itki" ilə çıxdı. İlk mərhələdəki oyunlardan fərqli olaraq, futbolçular daha hərəkətli idilər, daha çox qaçdılar və daha az səhvə yol verdilər. İndi qaldı evdə 2021-ci ilin buna qədərki ən yaxşı oyununu göstərmək! Şans indi daha çox, rəqib isə artıq o qədər də vahiməli deyil!”
Mirağa