“Xəzər Lənkəran” Avropa Liqasına hazırlıq keçəcəyi Almaniyaya çatıb. Apasport.az saytının məlumatına görə, Bakı – İstanbul – Münhen reysi ilə səfərə çıxan cənublular yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 13:00-da) məkana yetişib. Münhendə komandaya yeni transferi, ötən mövsümü AZAL-da keçirən braziliyalı hücumçu Junior Nildo qoşulub.
Lənkəran klubunun braziliyalı sabiq futbolçu, artıq karyerasını bitirən Mario Souza düşərgəyə həmyerlisi ilə gəlib. Bu, braziliyalı qapıçı Duqlas Leytedir. Karyerasını daha çox vətənində keçirən 33 yaşlı futbolçu son olaraq “Audaks Rio”da oynayıb. O, Avropada legioner həyatını 2007-ci ildə Portuqaliyada “Akademika”da keçirib.
“Sumqayıt”dan transfer olunan millimizin hücumçusu Pərdis Azad-Fərzadın isə düşərgəyə sabah gələcəyi bildirilir.
İdman24.az