09:36 23.07.2021 1372

“Qarabağ” – “Aşdod”: Böyük ümidlər, sönük oyun və...

Uzun fasilədən sonra "Qarabağ” doğma meydanda, azarkeşlərinin qarşısında avrokubok oyununa çıxmışdı. Fanatlar hələ 2020-ci ilin martından öz sevimli komandalarının oyununu stadionda canlı izləməkdən məhrum olmuşdular. Onlarla görüşü qələbə ilə əlamətdar etmək üçün "Aşdod” da münasib rəqib idi. Di gəl ki, isti havada sıx müdafiə olunan və bunu yaxşı bacaran İsrail təmsilçisini məyus etmək mümkün olmadı...

Qurban Qurbanov oyundan əvvəl ümidli idi

İlk oyunun çətin keçəcəyi onsuz da gözlənilirdi. Təsadüfi deyil ki, oyundan əvvəl keçirilən mətbuat konfransında da Qurban Qurbanov bunu vurğulamışdı: "İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacağıq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq”. Qurbanovun bu sözləri heç də təsadüfi səslənməmişdi. Çünki əvvəlki mövsümlərdə də "Qarabağ” ilk oyunlarda çətinlik çəkir, azarkeşləri sona qədər intizarda saxlayırdı. Bunun da bəlli səbəbləri var. Heyətə yeni cəlb olunanlar köhnə kollektivlə uyğunlaşmağa çətinlik çəkir, meydanda özlərinə yer tapa bilmirlər. Bakının istisi, Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun ot örtüyünün hər ilin bu vədəsində bərbad vəziyyətdə olması da bu cür qarşılaşmaları çətinləşdirən amillərdi. Bununla belə hamı "Qarabağ”dan qələbə gözləyirdi. Rəqibin adlı-sanlı olmaması, "Qarabağ”ın son illərdə qazandığı böyük təcrübə də qələbəyə inamı artırırdı. Lakin gözlənilənlərin əksinə "Aşdod”un işini ilk oyundaca bitirmək, cavab görüşü öncəsi psixoloji üstünlük qazanmaq mümkün olmadı.
 


Hər şey yaxşı başlamışdı

Əslində, hər şey "Qarabağ” üçün yaxşı başlamışdı. Qurban Qurbanov əlinin altında olan futbolçuların ən hazırlıqlılarını meydana buraxmış, hücumun sivri ucunda isə bizə yaxşı tanış olan Ramil Şeydayevə yer vermişdi. Yeni transferlərdən ilk dəqiqədən meydanda olan təkcə Ramil idi. Qalan 10 futbolçu isə "köhnələrdən” sayılırdı. 

Artıq 11-ci dəqiqədə Ozobiç Yoav Jarafini oyuna qoşdu. "Milliləşdirilmiş” xorvatiyalının qüvvətli zərbəsini İsrail klubunun qapıçısı çətinliklə dəf etdi. Gözləmək olardı ki, "Qarabağ” bu təzyiqi davam etdirəcək, tezliklə hesab açılacaq. Amma bu gözləntilər özünü doğrultmadı. Yavaş-yavaş "Qarabağ”ın "əl-ayağını yığan” "Aşdod” səliqə ilə müdafiə olunur, "köhlən atlara” qapısına yaxınlaşmağa imkan vermirdi. İsti havada digər yandan oyunun sürətini aşağı salır, futbolçuların cəld hərəkət etməsinə, kombinasiyalar qurmasına əngəl olurdu. Təsadüfi deyil ki, "Aşdod” qapısı qarşısında növbəti təhlükəli vəziyyət fasiləyə iki dəqiqə qalmış yarandı. Bu dəfə də Ozobiç ön planda idi. Onun ötürməsindən sonra Xayme Romero qapını nişan aldı. Son anda Martin Rainov bədəniylə topun qarşısını kəsdi. Beləliklə komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandılar.
 


Fasilədən sonra fəallaşsaq da...

Fasilədən sonra "Qarabağ” nisbətən fəallaşmışdı. İsrailli qonaqlar komandamızın böyük təzyiqini hiss edir, bunun qarşılığında müdafiədə daha sıx oynayır, eləcə də vaxtı daha çox "öldürürdü”. Epizodların birində iş o yerə gəldi çatdı ki, "Aşdod”un futbolçuları topu "aut”dan oyuna daxil etmək üçün təxminən iki dəqiqə öz aralarında müzakirələr apardılar, ləng hərəkətlərlə azarkeşlərin "səbr kasası”nı daşırdı. Görünən o idi ki, "Aşdod”un qapısına yol tapmaq üçün uzaq zərbələri yoxlamaq, qapıçının səhvə yol verəcəyini gözləmək lazımdı. 56-cı dəqiqədə Qara Qarayev də bunu sındaqdan keçirdi. Təəssüf ki, Qaranın zərbəsi qeyri-dəqiq oldu. Top qapıya getsəydi, tora daxil olacaqdı. Çünki qapıçı zərbə anını qaçırmış, reaksiyaya gecikmişdi. 6 dəqiqə sonra "Qarabağ” böyük qüvvə ilə irəli atıldı və birdən-birə 4-5 futbolçu "Aşdod”un cərimə meydançasının həndəvərində göründü. Bunun da nəticəsidi ki, rəqib müdafiəçilər Abbas Hüseynovu gözdən qaçırdılar və "30” nömrə topla birlikdə qapıçıyla təkbətək çıxıb, yaxın məsafədən "çərçivə”ni nişan aldı. Amma bu dəfə Yoav Jarafi gövdəsini sipərə çevirib, topun istiqamətini dəyişə bildi. 80-ci dəqiqədə "Qarabağ” təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandı və topun başına Ozobiçin keçdiyini görən azarkeşlər qol ümidi ilə ayağa qalxdılar. Xorvatiyalı yarımmüdafiəçinin zərbəsi qüvvətli alınsa da, qeyri-dəqiq oldu.
Çox keçmədi ki, "köhlən atlar” azlıqda qaldı. Özü də "gəmi”ni ilk tərk edən kapitan oldu. Maksim Medvedev Şahruddinlə təkbətək çıxmaqda olan Abdul Muqesse Zakariyanı kobudluqla dayandırdı ki, bunun da cəzası birbaşa qırmızı vərəqə idi. Bu həm də o demək idi ki, kapitan çətin keçəcəyi indidən məlum olan cavab görüşündə "Qarabağ”a kömək edə bilməyəcək.

Ümidlər gələn həftəyə qaldı

Maksim Medvedev meydana çıxmasa da, bir həftə sonra İsraildə keçiriləcək cavab oyununa ümidlərimiz böyükdü. "Qarabağ” səviyyə fərqini ortaya qoymalı, turu keçən tərəf olmalıdı. Qurban Qurbanovun da qeyd etdiyi kimi, qalan vaxt ərzində komanda daha yaxşı hazırlaşmalı, israillilərin ev oyununda yol verəcəyi səhvlərdən maksimum yararlanmalıdı. Heç şübhəsiz ki, "Aşdod” doğma meydanda belə praqmatik oynamayacaq, ara-sıra hücuma da meyl göstərəcək. Bu cəhdləri zamanında qarşılayıb, əks-hücumda rəqibi cəzalandırmaq olar. Vurulacaq bir qol da bizi növbəti mərhələyə keçirəcək. İnanırıq ki, o qolu (qolları) vurmağı bacaracağıq. Ümidlər gələn həftəyə qalıb.

Amal
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

17:08

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəlir - YENİLƏNİR

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X