Tanınan idman jurnalisti Sənan Şəfizadə Tokio 2020-də tətbiq olunan texnoloji yenilikləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, ATV kanalının idman şöbəsinin redaktoru bu barədə "Facebook” səhifəsi üzərindən paylaşım edib.
"Yaponiya ən çətinini seçdi. Pandemiya dövründə ilk dəfə baş tutacaq olimpiada həm də yaponların gücünü göstərəcək. Oyunlarda azarkeş olmayacaq. Əvəzində Tokioda yeniliklər reallaşacaq:
- Olimpiadadan TV üçün rekord - 9000 saat yayım gözlənilir
- Azarkeşlərin xüsusi sayta 5 saniyəlik göndərdiyi videolar yarış zalında nümayiş etdiriləcək
- İdmançılar finaldan sonra böyük ekranda yaxınlarıyla əlaqə yaradacaq
- Olimpiada ilk dəfə 4K kameralarıyla çəkiləcək
- 100 m qaçışda idmançının ən yüksək sürət yığdığı an qrafikayla təqdim olunacaq
- İki növdə idmançının ürək döyüntüləri və nəbzi TV-də göstəriləcək”
Mirağa