Avrokuboklarda ikinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etməsi aktivimizə 0.125 xal qazandırsa da, bu ölkəmizin sıralamadakı mövqeyinə təsir göstərməyib. Son 5 mövsümə əsasən hesablanan reytinqə görə Azərbaycan 13.375 xalla 29-cu sırada qərarlaşıb.
Beləliklə, cari mövsümün qazancı 0,750-yə çatıb. "Neftçi” 0,500, "Sumqayıt”la "Qarabağ” isə hərəyə 0,125 xal gətirib.
Azərbaycandan öndə qərarlaşmış Qazaxıstanın hesabında 13.750 reytinq xalı var. Ölkəmizi 13.000 xalla Polşa izləyir. Bir addım geridə olan bu ölkə fərqi 0,375-ə qədər azaldıb ki, Azərbaycanın 29-cu pilləni itirməsi baxımından təhlükə yaranıb.
Qeyd edək ki, siyahıya 87.926 xalla İngiltərə başçılıq edir. İspaniya (80.570) ikinci, İtaliya (63.473) isə üçüncüdür.
Mirağa