İngiltərə Futbol Assosiasiyasına ilk dəfə qadın rəhbərlik edəcək.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Debbi Hyüit (Debbie Hewitt) qurumun yeni prezidenti təyin olunub.
Assosiasiyanın sabiq prezidenti Qreq Klark (Greg Clarke) ötən ilin noyabrında qaradərili futbolçular haqda irqçi çıxışlarına görə postundan uzaqlaşdırılıb. Hələ 2021-ci ilin aprel ayından Debbi Hyüittinin bu vəzifəyə təyin olunacağı gündəmdə idi. Ötən ay isə namizədliyi rəsmi şəkildə qeyd olunmuşdu.
Nəhayət bu gün Hyüitin İngiltərən Futbol Assosiasiyasına prezidentliyi təsdiqlənib. O, yeni işinin icrasına yanvar ayında başlayacaq.
Qeyd edək ki, "Liverpul" azarkeşi olan 57 yaşlı iş qadını İngiltərənin "Moss Bros Group", "The Restaurant Group", "Visa Europe", "BGL" və "White Stuff Limited" şirkətlərində çalışıb.
Emin Şəmsiyev