14:45 23.07.2021 729

Əsgərdən Ələsgərov barədə açıqlama: “Onun yoxluğu “Neftçi” üçün ciddi itkidir”

İki gün əvvəl UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstanda "Olimpiakos"la qarşılaşan (0:1) "Neftçi” cavab görüşünə ciddi itkilərlə çıxacaq. Namiq Ələsgərov zədə, Mərt Çelik cəza səbəbindən Bakıdakı oyunda iştirak etməyəcək. Xüsusilə komandanın əsas qol ümidi olan Namiqin yoxluğu "ağ-qaralar”ın işini çətinləşdirəcək.

Millimizin sabiq çalışdırıcısı, təcrübəli mütəxəssis Əsgər Abdullayev Fanat.Az-a açıqlamasında Ələsgərovun zədəsi, onun yoxluğunda baş məşqçi Samir Abasovun üzərinə düşən məsuliyyətdən danışıb, cavab qarşılaşması ilə bağlı şansları dəyərləndirib.
 
"Namiq Ələsgərov "Neftçi” üçün vacib oyunçudur. O, komandanın liderlərindən biridir. Vuran ayağı var, dəfələrlə komandaya vacib qələbə qazandırıb. Təəssüf ki, avrokubok mübarizəsinin qızışdığı vaxtda xəsarət aldı. Bununla artıq ikinci dəfədir ki, əla formada olduğu vaxtda zədələnir. Daha doğrusu, onu zədələyirlər. Buna şanssızlıq deməzdim. Adətən rəqib ona başağrı olan futbolçuya qarşı sərt oynayır, gözünü qorxutmağa çalışırlar. Görünür, yunanlar da Namiqin əsas təhlükə olduğunu öyrənmişdi. 

Ələsgərovun yoxluğu "Neftçi” üçün çox ciddi itkidir. Samir Abasovun komandanı əsas qol silahı olmadan necə oynadacağından çox şey asılıdır. Baş məşqçinin bu itkini maksimum kompensasiya edəcəyinə inanıram. 

"Neftçi” Tbilisi "Dinamo”su ilə oyunlarla müqayisədə Afinada daha yaxşı təsir bağışladı. Görünür, komanda tədricən formaya düşür. Komandamızın Bakıda daha yaxşı çıxış edəcəyinə əminəm. Bununla belə, cavab görüşü səfərdəkindən daha çətin keçəcək. Çünki "Olimpiakos” ilk oyun üçün "Neftçi”ni o qədər də qiymətləndirməmişdi. Ancaq gördülər ki, "bərk” komandadı. Bakıda daha güclü, adlarına uyğun çıxış edəcəklərini düşünürəm. "Olimpiakos” güclü rəqib olsa da, keçilməz deyil. İstənilən komandanı məğlub etmək mümkündür. Evdə, doğma azarkeşlər önündə oynaması komandamıza əlavə motivasiya ola bilər. Baxmayaraq ki, itkilərimiz var. Səfərdəki oyunun nəticəsini yaddan çıxarmaq lazımdır. Yunanları burda məğlub edib görüşün taleyini əlavə vaxta, penaltilərə daşımaq gələcək. "Neftçi”yə uğur arzulayıram”.   

Qeyd edək ki, "Neftçi”nin "Olimpiakos”la cavab oyunu iyulun 28-də saat 21.00-da "Bakcell Arena”da keçiriləcək. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
23:26

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ilk qələbələrini qazandılar

23:00

DÇ: Yığmamız liderə də uduzdu, autsayderə də

22:58

"Beşiktaş" "Ayaks"a belə uduzdu - VİDEO

22:39

Milimizin futbolçusu ÇL-də debüt etdi - "Beşiktaş"ın heyətində...

22:38

Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "İnter" xal itirdi -  YENİLƏNİR

21:44

Etoonun oğlu Portuqaliya klubunda

20:15

Yeni kubok oyunu - RƏSMİ

20:15

Elxan Məmmədov Tovuzda akademiyanı ziyarət etdi - FOTOLAR

20:00

Dünya birincisi olmağın sirri - 6 qat çempionla MÜSAHİBƏ

19:37

Mbappe PSJ-ni tərk edir - SƏBƏB

18:20

Dünya çempionumuz evlənir

17:40

"Liverpul"un əfsanəsi vəfat etdi

17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

Facebookdan bizi izləməyi unutmayın.