18:33 23.07.2021 1152

Zaur Ramazanov: " Konfrans Liqasına "Zirə" getsəydi, daha yaxşı oyunlar göstərə bilərdi"

Azərbaycanın tanınmış veteran futbolçusu Zaur Ramazanov klublarımızın avrokuboklardakı çıxışları ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, o,  açıqlamasında təmsilçilərimizin çıxışlarını və qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib. Zaur bəy ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Yunanıstanda "Olimpiakos"a məğlub olan "Neftçi" haqda belə danışıb: 

"Neftçi" pis deyil. Bir məqam var ki, 5 müdafiəçi ilə oynayırlar. Amma ümumilikdə quruluş pis deyil. İndi durub desəm ki, "Neftçi"nin vəziyyəti yaxşı deyil, bu, düz olmaz. Komanda bu gün nə isə etmək istəyir. İstənilən halda, "Olimpiakos"la oyun çətin olacaq. "Dinamo" ilə qarşılaşmaya gəlincə, hamımız bilirdik ki, onlar bizdən zəifdirlər. Ona görə də "Neftçi" onları keçməyə borclu idi. "Olimpiakos"la oyunda "Neftçi"yə ümid çox azdır. Komandanın hücum xətti zəifdir. Təkcə Namiqlə iş alınmaz. Gördünüz, Namiq zədələndi, hücum zəiflədi. Nəsə etmək istəyirlərsə, ön xəttə yaxşı hücumçu almalıdırlar. Bir də ki, müdafiədə çox səhv edirlər, boşluqlar yaradırlar. Məsələn, "Dinamo" elə də güclü rəqib deyildi. Ancaq o oyunda belə, "Neftçi"də boşluqlar yaranırdı. Hətta həmin səhvlərə görə qol buraxdılar. Sanki bir-birlərini başa düşmürlər. Mən elə görürəm".

Keçmiş futbolçu "Neftçi"nin yeni transferlərinin çıxışlarına da toxunub: 

"Düzünü desəm, hələ heç nə görmürəm. Yenidirlər, bəlkə gələcəkdə nə isə ola bilər. Hazırda komandaya kömək etdiklərini, yaxud inkişafa təkan verdiklərini görmürəm. "Neftçi"də bilirdilər ki, Çempionlar Liqasındakı rəqiblər güclü olur. Hər ölkənin çempionu iştirak edir. Ona görə də komandanın heyəti əvvəlcədən qurulmalı, gücü müəyyənləşdirilməli idi. Təlim-məşq toplanışında anlamalı idilər ki, onlara nə lazımdır, çatışmazlıqlar hansılardır. Bəlkə istədikləri futbolçuları tapmayıblar. Bilmədiyimiz məqamlar ola bilər. Bəlkə gəlmək istəyənlər daha çox maliyyə tələb ediblər. Məncə, rəhbərlikdən əvvəl məşqçi hansı mövqelərə futbolçu lazım olduğunu düşünməlidir. Rəhbərlik istəmirsə, deməli, liqada irəliləmək, qrupa düşmək haqda fikirləşməməlidirlər. Ancaq rəhbərlik iddialı danışırdı. Bunun üçün yaxşı transferlər edilməlidir".

Ramazanov "Qarabağ"ın Konfrans Liqasındakı ilk matçı haqda da düşündüklərini dilə gətirib: 

"Qarabağ" həmişə Çempionlar Liqasından başlamağa öyrəşmişdi. İsrail komandası zəif deyil. Dünən oyunda idim. Mənə güclü rəqib kimi göründülər. Sadəcə, qapandılar ki, heç-heçəyə oynasınlar. Bir məsələ də var. "Qarabağ" həmişə ev oyunlarını çox zəif keçirir. Yəni qol vurmaq baxımından zəiflik göstərirlər. Ancaq səfərdə həmişə yaxşı çıxış edirlər. Düşünürəm ki, belə də olacaq. Burda da yaxşı oynadılar. Sadəcə, real qol vəziyyətlərindən yararlana bilmədilər. Bir də ki, yeni transferlər o qədər də ürəkaçan deyil. Ramil Şeydayev "Qarabağ"da əvvəl də olub. Ancaq özünü göstərə bilməyib. Bəlkə məşqçi onda nə isə görüb deyə, yenidən transfer ediblər. Məncə, baş məşqçi ona inanır və yenə şans verəcək. Əvvəl də birlikdə çalışıblar. Qurban onu tanımasaydı, inanmıram ki, transfer edərdi. Fikrimcə, yeni transferlər də olacaq.
 
"Qarabağ" əlinə düşən imkanlardan istifadə edə bilmədi. Bəxtsizlik yaşadıqlarını düşünürəm. Həm də ilk oyunlar həmişə çox ağır olur. Çünki təlim-məşq toplanışından qayıdırlar, sonra yenidən meydana çıxırlar. Bunların təsiri olur. Çempionatda həmişə birinci oyunda kimin kimdən daha güclü olduğu bilinmir. "Qarabağ"da isə əksinədir. Həmişə ilk oyunda zəif oynayırlar. Komandada oyun quruluşu var. Mənə elə gəlir ki, səfərdə rahatlıqla keçəcəklər".

Ramazanov "Keşlə" və "Sumqayıt"ın çıxışları haqda da düşüncələrini bölüşüb. O, "Keşlə"nin Konfrans Liqasına getməməli olduğunu bildirib: 

"Soçi" haqda geniş danışmağa ehtiyac yoxdur. Güclü komandadır. "Keşlə" isə nə transfer etdi, nə də... Sanki hər şeylə razılaşmışdı. 0:3 uduzduqları oyuna baxmamışam. Amma inanın, məndən soruşanda deyirdim ki, Rusiyada ən azı 2-3 qol olacaq. "Keşlə"də o gedir, bu gəlir. Nə qədər məşqçi dəyişikliyi olar? Mən elə başa düşürəm ki, "Keşlə"nin Konfrans Liqasında yeri yox idi. Məsələn, oraya "Zirə" getsəydi daha yaxşı oyunlar göstərə bilərdi. Çempionatda "Zirə"yə haqsızlıq edildiyini düşünürəm. Siz də mənim yerimə olsaydınız, eyni sözləri deyərdiniz. Haqq öz yerini tapır. "Sumqayıt"a gəlincə, onların da oyununa baxmadım. Amma səfərdə heç-heçə etmək fikrimcə, uğurdur. "Çukariçki" səviyyə baxımıdan üstündür. Deyilənə görə, serbiyalılar çoxlu qol vəziyyəti yaratsalar da, istifadə edə bilməyiblər".

Maraqlıdır veteran hücumçu bu klublarımızdan hansına daha çox ümid bəsləyir? 

"Qarabağ"dan qrupa düşməyi gözləyirəm. Buna öyrəşmişik. "Neftçi"yə də ümidlər var. Kənardan danışmaq, "zəif komandadır" demək düzgün deyil. Komanda ora gəlib çıxırsa, deməli, zəif deyil. Zəif bilirsiniz necə ola bilər? Məsələn, "Keşlə" kimi komanda təsadüfən gedib ora çıxıb. Belə hal bir-iki dəfə yaşana bilər. Amma "zəif" sözü yoxdur. Təcrübə demək olar. "Qarabağ" daimi oynadığına görə, ola bilər, daha çox mərhələ keçsin. Yenə də, hər zaman qarşısına özü kimi köklü bir klub çıxa bilər. Elə başa düşürəm ki, "Qarabağ" çox irəli gedəcək. Sadəcə, transferləri yarımçıq qalıb. İstədikləri futbolçuları tapa bilməyiblər. Məsələn, Mahir Emrelinin yeri görünür".

Millimizin sabiq üzvü "səfər qolu" prinsipinin ləğv olunmasını yaxşı hal kimi dəyərləndirib: 

"Əla qiymətləndirirəm. Çox gözəldir. Çünki məsələn, kimsə səfərdə təsadüfi qol vurub gedir. Bu isə maneə yaradır. Ədalətli, ürəkaçan qərardır. Kim nəyə layiqdir, elə də olacaq".

Mənbə: Qaynarinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X