Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" qonşu ölkədəki hazırlıq çərçivəsində ikinci sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimizin rəqibi yerli "Samqurali" olub.
Oyun gürcülərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Masazır təmsilçisi bu ölkədəki ilk matçını digər Gürcüstan komandasına "Şukura"ya qarşı keçirmiş və 1:0 hesablı qələbə qazanmışdı.
Nihat