"Rostov"un baş məşqçisi Valeri Karpin Rusiya millisinin baş məşqçisi təyin edilib.
Fanat.Az Rusiya Futbol İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, namizədliyi öncədən bilinən Karpinin təyinatı bu axşam rəsmiləşib.
Qeyd edək ki, AVRO-2020-də qrupda qalan Rusiya yığmasının çalışdırıcısı Stanislav Çerışev qitə birinciliyi davam etdiyi dönəmdə postundan uzaqlaşdırılmış, onun yola salındığı isə iyulun 9-da rəsmən açıqlanmışdı.
Nihat