Rusiyanın "Zenit" klubunun hücumçusu Sərdar Azmun karyerasını "Roma"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, İran millisinin hücumçusunu "canavarlar"ın çalışdırıcısı Joze Mourinyu sərəncamında görmək istəyir.
Məlumatı italiyalı insayder Canluki Di Martsio şəxsi saytında yayıb.
Artıq italyanlar Sankt-Peterburq təmsilçisinin rəsmiləri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 2019-cu ildən "Zenit"də olan Azmun geridə qalan mövsümdə Rusiya Premyer Liqasında 24 matça çıxıb. Bu görüşlərdə 19 qol vuran forvard 2 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat