Türkiyənin "Keçiörengücü” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Ankara təmsilçisi nigerli İssa Cibrillanı rənglərinə bağlayıb.
25 yaşlı cinah yarımmüdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
"Keçiörengücü” bu yay "Keşlə”dən azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlini transfer edib.