Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün beşinci mərhələ start götürüb.
Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli də 1/8 final çərçivəsində ilk görüşünü keçirib. Bu mərhələyə qədər Dmitri Skliyarov (Finlandiya), Aleksandr Predke(Rusiya), David Navara (Çexiya) və Nodirbek Abdusattorovu yolundan uzaqlaşdıran 29 yaşlı qrossmeysterimiz hindistanlı Santoş Vidit Qudjarati ilə üz-üzə gəlib.
Qara fiqurlarlarla oynayan Durarbəyli, 56-cı gedişdə rəqibi ilə heç-heçə edib.
1/8 final, ilk görüş
Vasif Durarbəyli - Santoş Vidit Qudjarati (Hindistan) 0,5:0,5
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə (1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli