Tokio 2020-nin cüdo yarışlarının ikinci günündə maraqlı hal yaşanıb.
Fanat.Az xəbər verir ki, qadınların 52 kq çəki dərəcəsində Uta Abe, kişilərin 66 kiloqramında onun qardaşı Hifumi (hər ikisi Yaponiya) qızıl medal qazanıb.
21 yaşlı Uta finalda fransalı Amandin Buşarı, 23 yaşlı Hifumi isə gürcüstanlı Vaja Marqvelaşvilini məğlub edərək Olimpiya çempionu adına yiyələnib.
Qeyd edək ki, onlar 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında da eyni gündə baş mükafata sahib çıxıblar. Hər iki cüdoçu ikiqat dünya çempionudur.
Sahib Əsədbəyli