Türkiyə Tokio 2020 Yay Olimpiya Oyunlarında ilk medallarını qazanıb.
Fanat.Az xəbər verir ki, qardaş ölkənin taekvondo millisinin iki üzvü bürünc medala sahib çıxıb.
Kişilərin mübarizəsində Hakan Reçber (68 kq), qadınlarda isə Hatice Kübra İlgün (57 kq) fərqlənib. Hər ikisi 1/4 finalda uduzsalar da, təsəlliverici mərhələdə rəqiblərinə qalib gələrək "ay-ulduzlular"ı iki günün yekununda Almaniya, Qazaxıstan və Ukrayna ilə birgə 31-ci sıraya çıxarıblar.
Qeyd edək ki, Türkiyə Tokio 2020-də 108 idmançı ilə təmsil olunur.
Sahib Əsədbəyli