Kişi triatlonçular arasında Tokio 2020-nin mükafatçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu növdə ölkəmizi Rostislav Pevtsov təmsil edib.
Yarışın 51 iştirakçısından 49-u çıxışını başa çatdıra bilib. 34 yaşlı idmançımız finişə 1 saat 50 dəqiqə 46 saniyəyə çataraq 41-ci olub.
Qeyd edək ki, Tokio 2020 avqustun 8-dək davam edəcək.
Sahib Əsədbəyli