UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 29-da saat 20.00-da keçiriləcək "Sumqayıt” – "Çukariçki” oyunu öncəsi sumqayıtlıların baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, tədbir iyulun 28-i saat 18:10-dan etibarən "Kapital Bank Arena”da baş tutacaq.
Abbasov media mənsublarının suallarını cavablandırdıqdan sonra, saat 18:30-da isə komandanın açıq məşqi (15 dəqiqə) keçiriləcək.