UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 29-da saat 20.00-da keçiriləcək "Sumqayıt” – "Çukariçki” oyunu öncəsi sumqayıtlıların baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, tədbir iyulun 28-i saat 18:10-dan etibarən "Kapital Bank Arena”da baş tutacaq. Abbasov media mənsublarının suallarını cavablandırdıqdan sonra, saat 18:30-da isə komandanın açıq məşqi (15 dəqiqə) keçiriləcək.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sumqayıt" - Çukariçki" qarşılaşmasının biletləri iyulun bu gündən satışa çıxarılıb.
Klub biletlərin məhdud sayda olduğunu elan edib. Azarkeşlər biletləri "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" (10-cu mikrorayon) filialından əldə edə bilər.
Qeyd edək ki, "Sumqayıt" - "Çukariçki" qarşılaşması 29 iyul, saat 20:00-da "Kapital Bank Arena"da keçiriləcək.
Mirağa