Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyevə növbəti təyinat gəlib.
Fanat.Az xəbər verir ki, o, Konfrans Liqasının oyununa təyinat alıb. Belə ki, Xudiyev 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Torpedo-BelAz" (Belarus) - "Kopenhagen" (Danimarka) matçının hakim-inspektoru olacaq.
Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək oyun iyulun 29-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Maraqlıdır ki, qarşılaşmanın UEFA nümayəndəsi ermənistanlı Armen Minasyan olacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun "Kopenhagen"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.